Karib dənizində 7.6 bal gücündə zəlzələ baş verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, yeraltı təkanlar 9 ölkədə hiss edilib. Dənizin ortasında baş verən zəlzələ Meksikadan tutmuş Yamaykaya qədər çox geniş bir sahədə hiss edilib.
Amerika Geoloji Araşdırma Mərkəzi bildirir ki, yeraltı təkanlar 10 km dərinlikdə baş verib.
Honduras və Kayman adalarında baş verən şiddətli zəlzələ Meksika, Nikaraqua, Qvatemala, Salvador, Belize, Kuba və Yamaykada da hiss edilib.
Ətrafdakı ölkələrə sunami barədə xəbərdarlıq edilib.