Yunanıstan Parlamenti ölkədə yaşayan müsəlmanlar arasında şəriət qanunlarının məhdudlaşdırılması barədə qanun layihəsini qəbul edib.
"Ucnoqta.az" xəbər verir ki, yeni qanuna əsasən məişət məsələləri ilə bağlı müsəlmanlar müftiyə yox, məhkəməyə müraciət edə biləcəklər.
Qeyd olunur ki, Yunanıstanın Frakiya yarımadasında yaşayan 100 minədək müsəlman nikah, boşanma, varislik və digər məsələlərlə bağlı mütləq yerli müftiyə müracit etməli idi.
Qeyd edək ki, Yunanıstanda ölkə əhalisinin 2 faizə yaxını - 100 min nəfəri müsəlmandır.
//Trend//