Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-a rəsmi səfər edəcək.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər yanvarın 16-18-də baş tutacaq.
Səfər çərçivəsində Nazarbayev amerikalı həmkarı Donald Trampla görüşəcək, həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.