Fransa baş nazirinin qardaşı oğlu İsraildə hücuma məruz qalıb

00:48 - 10 Yanvar 2018 - DÜNYA

Fransa Baş naziri Eduard Filippin qardaşı oğluna İsraildə Qırmızı dənizin sahilindəki Eylat kurort şəhərində bıçaqla hücum olub.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, baş nazirin 25 yaşlı qohumu dostları ilə şəhərdə gəzərkən hücuma məruz qalıblar.

Hadisə yanvarın 3-də baş versə də, məlumat yanvarın 9-da yayılıb. Yaralanan Fransa vətəndaşları xəstəxanaya yerləşdiriliblər. Onların ikisi yanvarın 4-də, 3-ü isə yanvarın 5-də ölkəsinə qayıdıb.

İsrail polisi faktla bağlı araşdırma aparır. Fransalı turistlərə bir neçə kişinin hücum etdiyi ehtimal olunur. Ancaq onlar hadisə yerindən qaçaraq gizləniblər. Hələlik hücumla bağlı heç kim saxlanılmayıb. 

Xəbər xətti