KİV: Serj Sarqsyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib

14:11 - 9 Yanvar 2018 - DÜNYA

 Ermənistan prezidenti Serj Sarqsyanın səhhəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib.

"Ucnoqta.az" xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, S.Sarqsyan yeni il başlayandan ictimaiyyət arasında görünməyib. Onun hazırda “Nairi” Tibbi Mərkəzində müalicə aldığı bildirilib.

Qəzetin yazdığına görə, səhhətində yaranmış problem səbəbindən S.Sarqsyan yanvarın 5-də qəndildəki şamın yandırılması və yanvarın 6-da Milad bayramı ilə bağlı duanın oxuması mərsimində iştirak etməyib. 
Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə S.Sarqsyanın səhhətində problem yarandığını təsdiqləyib: “Yeni il bayarmında prezident Serj Sarqsyana yüngül soyuq dəyib. Bu müddət ərzində isə o, evdə olub”.









 

//Report//

Xəbər xətti