Türkiyədə həbsdə olan 18 general azadlığa buraxılıb

21:05 - 9 Yanvar 2018 - DÜNYA

Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişinə cəhdində iştirakda ittiham olunaraq həbs edilən 18 general azadlığa buraxılıb. 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, FETÖ-nün dövlət çevrilişi planı həyata keçəcəyi təqdirdə həmin generallar ölkəni idarə edəcək heyətə daxil olacaqlarımış. 

Onların adı dövlət çevrilişi planını hazırlayan və çevrilişdən sonra Türkiyəni idarə edəcək Ölkədə Sülh Şurasının üzvləri siyahısına daxil edilibmiş. Lakin məhkəmədə həmin generalların günahı sübuta yetirilməyib. Hakimlərin fikrincə, 18 generalın dövlət çevrilişinə cəhdə iştirakını təsdiqləyən kifayət qədər dəlil-sübut yoxdur. Ona görə də məhkəmə Türkiyə Silahlı Qüvvələrinin generalları Erdal Öztürk, Veli Yıldırım, Şener Yazıçıoğlu, Ömer Mesut Ak, Ali Akyürker, Murat Yaygın, Celalettin Çoban, Ercan İnceoğlu, Abdulla Barutcu, Ersin Yıldırım, İsmet Gökhan Gülmez, Adnan Arslan, Salih Sevil, Osman Nadir, Ersal Ölmez, Mustafa İlter, Abdullah Baysar, Mesut Savaşın azadlığa buraxılması haqqında qərar qəbul edib.

Xəbər xətti