Çin Pakistanda hərbi dəniz bazası qurmağa hazırlaşır

20:38 - 9 Yanvar 2018 - DÜNYA

Çin Xalq Respublikası ölkənin hərbi dəniz donanmasının ikinci xarici bazasını inşa etməyə hazırlaşır.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Çin Azadlıq Ordusuna yaxın mənbələrin məlumatına əsasən, Çin hökuməti Pakistanda hərbi-dəniz bazası qurmağa hazırlaşır.
 

Çin mətbuatı yazır ki, Pakistanın Qvadar liman şəhərində baza inşa ediləcək. Qvadar şəhəri Ərəb dənizində strateji mövqeyə sahibdir.
 

Bu, Çinin sayca ikinci xarici hərbi bazası olacaq. İlk hərbi baza 2016-cı ilin avqust ayında Cibutidə inşa edilib. Çin bazası ABŞ hərbi bazaları yaxınlığında inşa edilib.

Qvadar limanında hərbi bazanın inşasına 622 milyon dollar ayrılacaq.

Xəbər xətti