Misirdə prezident seçkilərinin vaxtı açıqlanıb

20:20 - 9 Yanvar 2018 - DÜNYA

Misirdə növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Misir Milli Seçki İdarəsinin sədri Laşin İbrahim məlumat verib. Onun sözlərinə görə, martda keçiriləcək seçkilərin birinci turunun nəticələri aprelin 2-də açıqlanacaq.

“Seçkilərin birinci turunda xaricdə yaşayan vətəndaşlar üçün səsvermə martın 16-da, 17-də və 18-də təşkil olunacaq. Seçicilər martın 26-da, 27-də və 28-də səs verə biləcəklər. Birinci turda namizədlərdən biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs alan iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. İkinci turda isə səsvermə xaricdə yaşayan misirlilər üçün aprelin 19-21-də, ölkədə isə aprelin 24-26-da keçiriləcək”, - deyə Laşin İbrahim bildirib.

Qeyd edək ki, Misir Milli Seçki İdarəsi əvvəlki açıqlamada seçici siyahılarının yenilənəcəyini, adları terrorçu siyahılarına düşən və barələrində məhkəmə qərarları olanların siyahılardan çıxarılacağını bəyan edib. Seçkilərdə hazırkı Prezident Əbdülfəttah əs-Sisinin və müxalifət fəalı Xalid Əlinin namizəd olacağı ehtimal edilir.

Xəbər xətti