ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Ağ evin mətbuat katibinin müavini Hoqan Gidli deyib.
"Şübhəsiz ki, o, [Tramp] növbəti seçkilərdə yenidən prezidentliyə görə mübarizə aparacaq", - Gidli deyib.
Onun bəyanatının stenoqrammını Ağ ev yayıb.
Tramp 2016-cı ilin noyabr ayında keçirilən prezident seçkilərində demokrat namizəd Hillari Klinton üzərində qələbə qazanaraq dövlət başçısı olub. O, vəzifəsinin icrasına 20 yanvar 2017-ci ildə başlayıb.