Avropa İttifaqı üçüncü ölkələrdən miqrantların kütləvi axınının qarşısını almalıdır.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri qurumun beynəlxalq arenadakı mövqeyini qoruyub saxlamaq üçün fikir ayrılığını aradan qaldırmalıdır.
“Hazırda kütləvi miqrant axınlarının qarşısını almaq lazımdır. Biz müharibədən qaçan və ya yaxşı pay axtarışında olan insanların kütləvi miqrasiya probleminin öhdəsindən güclə gəlirik. Hərdən elə gəlir ki, o, Avropa İttifaqını parçalayır. Biz növbəti illərdə daxili fikir ayrılıqlarını dəf etməli və Aİ-ni böyük beynəlxalq oyunçuya çevirməliyik”, - deyə Ziqmar Qabriel bildirib.
Nazir qeyd edib ki, 2015-ci ildə miqrant axınları həddi aşıb.