ABŞ-ın vitse-prezidenti Mayk Pens İsrail, İordaniya və Misirə səfər edəcək.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat-xidməti məlumat yayıb.
Məlumata əsasən, vitse-prezidentin səfəri yanvarın 19-dan 23-dək davam edəcək.
Bildirilir ki, səfər zamanı terrorla mübarizə və dini azlıqlara köməklik edilməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Fələstin rəhbərliyi Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib.