ABŞ-ın Florida ştatındakı "Cape Canaveral" hərbi hava qüvvələri bazasından "Zuma" adlı peyk adı açıqlanmayan orbitə göndərilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, peyki daşıyan "Falcon" raketi uğurla Yerə qayıdıb.
İlon Maskın qurduğu "SpaceX" şirkəti kosmosa bir çox peyk göndərib. Hər dəfə mətbuata açıq olan şirkət bu dəfə isə "Zuma" missiyası ilə bağlı heç bir açıqlama verməyib.
Peykin missiyası barədə açıqlamanın verilməməsi bir çox şayələrə səbəb olub. Bəzi iddialara əsasən, peyk Dünya ilə toqquşacaq bir planetin qarşsını alacaq.
İddiaya əsasən, Nibiru və ya X planeti kimi tanınan planet Yerlə toqquşacaq. "SpaceX" şirkəti və ABŞ hökuməti bunun qarşısını almağa çalışır.