İranda ibtidai siniflərdə ingilis dili tədrisi QADAĞAN EDİLDİ

14:28 - 8 Yanvar 2018 - DÜNYA

İranda ibtidai siniflərdə ingilis dili dərsinin tədrisi qadağan edilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Ali Təhsil Şurasının sədri Mehdi Navid Ədhəm dövlət televiziyasında açıqlama verib. 
 

Açıqlamada deyilir: "Dövlət və ya özəl məktəblərin ibtidai siniflərində ingilis dili dərsinin tədrisi qanunlara ziddir".
 

İrandakı dini liderlər qərb mədəniyyətinin təsirlərinə uyğun olaraq xəbərdarlıq etmişdilər. Bu isə müzakirələrə səbəb olmuşdu. Fikrə əsasən, ingilis dilinin tədrisi mədəniyyət istilasına səbəb olur.
 

İranda ingilis dili tədrisi ümumi olaraq yuxarı siniflərdə başlayır. Amma ibtidai siniflərdə də ingilis dili tədris edilir.
 

İranın dini lideri ayətulla Əli Xamenei 2016-cı ildə "ingilis dilinin tədrisi ibtidai siniflərə qədər yayılır"-deyə etiraz etmişdi.

Xəbər xətti