"MHP" partiyasının səri Dövlət Baxçalı prezident seçkilərində namizəd irəli sürməyəcəklərini açıqlayıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, partiya seçkilərdə Ərdoğanı dəstəkləyəcək.
Baxçalı deyib: "Mənim düşüncəm Türkiyədir. MHP-nin prezidentliyə namizədi yoxdur. Sədr adayı da olmayacaq. MHP ittifaq qursa, ittifaqla, qurmasa, özü millət vəkili seçkilərində iştirak edəcək. Prezident seçkilərində isə, Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək barədə qərar qəbul etmişik. Bu dəqiqdir".