Çində fəlakət — Neft tankeri alov aldı

11:48 - 8 Yanvar 2018 - DÜNYA

Şərqi Çin dənizində iki gün əvvəl gəmi qəzası baş verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, insident ətraf mühit üçün fəlakətə çevrilə bilər.
 

"Sanchi" adlı tanker hələ də yanmağa davam edir. 30 iranlı və 2 banqladeşli isə itkin düşüb.
 

ABŞ Dəniz Donanması xilasetmə işlərində Çinə dəstək olmaq üçün bir hərbi təyyarəni bölgəyə göndərib. Dənizə yayılan neft isə ətraf mühit üçün böyük təhlükə yaradıb.
 

Panama bayrağı altında üzən gəmi İran şirkətinə məxsusdur. Şanxay sahillərində qəzaya uğrayan gəmi 136 min ton neft daşıyırmış.

Xəbər xətti