Cənubi Koreya və Şimali Koreya arasında danışıqlar sərhədyanı Phanmuncom yaşayış sahəsində yanvarın 9-u səhər saatlarında başlayacaq.
"Ucnoqta.az"-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın birləşmə nazirliyi məlumat verib.
Gözlənilir ki, 2012-ci ilin dekabr ayından etibarən iki ölkə arasında keçiriləcək ilk danışıqların əsas mövzusu Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı olacaq.