İddia: Türkiyə qırıcılarının UNO görməsi uzun illər məxfi saxlanılıb

18:20 - 8 Yanvar 2018 - DÜNYA

Türkiyə qırıcıları Suriya sərhədində uçan naməlum obyekt (UNO) qeydə alıb.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə istefada olan general-leytenant Doğan Temel bildirib.
 

O bildirib ki, Suriya sərhədində havada radarların qeydə alındığı işıldayan obyektlərin görünməsi ilə əvvəlcə Türkiyə qırıcıları, daha sonra dəstək üçün helikopterlər səmaya qaldırılıb.
 

D.Temel qeyd edib ki, hadisə 1999-cu ildə qeydə alınsa da, bu, uzun illər məxfi saxlanılıb.
 

O, sözlərini təsdiq edəcək foto və video materialların olduğunu vurğulayıb.
 

Qeyd edək ki, D.Temelin iddiası rəsmi olaraq hələ təsdiqini tapmayıb.













//Trend//
 

Xəbər xətti