Türkiyəli nazirin təyyarəsində QORXULU ANLAR

22:25 - 6 Yanvar 2018 - DÜNYA

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhasekinin də içərisində olduğu və Torpaq Qeydiyyatı Kadastrı İdarəsinə məxsus olan “Beechcraft King Air 350i TC-KDR” model təyyarə havaya qalxarkən, qorxulu anlar yaşanıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, nazirin təyyarəsi Sabiha Gökçen hava limanından havaya qalxarkən, göyərtədə tüstülənmə olub.

 

Ankaraya yola düşən təyyarə təqribən 33 dəqiqə havada qalıb. Bu səbəblə də təyyarə Kocaeli Cengiz Topel hava limanına təcili eniş edib. Xoşbəxtlikdən təyyar yerə enərkən ciddi insident qeydə alınmayıb.

Qeyd edək ki, sözügedən təyyarə havadan ərazilərin fotolarının çəkilməsi və topoqrafik işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Xəbər xətti