Səudiyyə Ərəbistanında yeni həbslər başladı - 11 şahzadə saxlanıldı

21:35 - 6 Yanvar 2018 - DÜNYA

Səudiyyə Ərəbistanının kral qvardiyası sarayda etirazlarla əlaqədar 11 şahzadəni saxlayıb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, kral ailəsinin üzvləri kral Salman bin Əbdül Əziz əl-Səudun şahzadələrin su və elektrik hesablarının ödənilməsinin dayandırılması barədə qərarına etiraz edərək bunun ləğv olunmağını tələb ediblər.

 

Şahzadələr üç il öncə baş vermiş cinayətdə ittiham olunan əmisioğulları üçün pul təzminatı da əldə etmək istədiklərini bəyan ediblər. Etiraz edən şəxslər sarayı tərk etməkdən imtina etdikləri üçün kral qvardiyası onları saxlayıb.

 

Şahzadələr “Əl-Hayr” həbsxanasında saxlanılırlar.

 

Xatırladaq ki, ötən il noyabrın 4-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə keçirilən əməliyyatda 200 yüksək vəzifəli şəxs saxlanılmış, daha sonra onlardan 23-ü sərbəst buraxılmışdı.

Xəbər xətti