Hillari Klinton FTB-nin hədəfində — Trampdan rəqibinə qarşı ZƏRBƏ

21:00 - 6 Yanvar 2018 - DÜNYA

ABŞ-ın Ədliyyə Nazirliyi keçmiş dövlət katibi Hillari Klintonun vəzifədə olduğu dövrlərdəki fəaliyyətinin araşdırılması ilə bağlı qərar çıxarıb.
 

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, qərara əsasən ABŞ-ın 42-ci prezidenti, Hillari Klintonun həyat yoldaşı Bill Klintonun qurduğu “Klinton Fondu”nun da 2009 və 2013-cü illərdəki fəaliyyətləri və hesabları araşdırılacaq.

 

ABŞ-ın Ədliyyə Nazirliyi araşdırmaların aparılması işini bilavasitə Federal Təhqiqat Bürosuna (FTB) həvalə edib.

 

ABŞ mediası yazır ki, sözügedən qərar üzrə artıq bir nəfərin ifadəsi alınıb. Növbəti günlərdə isə yeni şəxslərin sorğuya cəlb olunacağı bildirilir.

Klinton ailəsinin sözcüsü Nick Merrill isə bildirib ki, sözügedən yoxlamalar ABŞ prezidenti Donald Trampın göstərişilə həyata keçirilir və siyasi təzyiq məqsədi daşıyır.

 

N.Merrill FBİ tərəfindən aparılan araşdırmaları Donald Trampın Rusiya ilə olan əlaqələrini gündəmdən yayındırmaq məqsədi daşıdığını da söyləyib.

Xəbər xətti