Prezident kimi fəaliyyətə başladığı gündən bir sıra məmurlarını itirən ABŞ prezidenti Donald Tramp növbəti şok ilə üz-üzə qalıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru pensiyaya çıxacağını bildirib.
Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rocers yaz aylarında pensiyaya çıxacağını açıqlayıb. ABŞ kiber komandirliyi vəzifəsini idarə edən Rocers məsələni iş yoldaşlarına da deyib.
Rocersin yerinə təyinatı isə bu ay Senat seçəcək.