Yaponiyada zəlzələ baş verib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat verib. Verilən məlumata görə, titrəyiş ölkənin şərqində qeydə alınıb.
“Yaponiyanın şərqində 4,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tokiodan 23 kilometr şərqdə, ocağı isə 80 kilometr dərinlikdə yerləşib” , - deyə məlumatda bildirilib.
Qeyd edək ki, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.