“Ukrayna Rusiya olmadan yaşaya bilməz” — Sergey Kalaşnikov

15:45 - 6 Yanvar 2018 - DÜNYA

Ukrayna Rusiya olmadan yaşaya bilməz.
 

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Sergey Kalaşnikov bildirib. Onun sözlərinə görə, Ukrayna iqtisadi sahədə Rusiyadan tam asılı ölkədir. Sergey Kalaşnikov çıxışı zamanı Ukrayna prezidenti Petro Poroşenkonun Rusiyadan heç bir asılılığı olmaması barədə fikirlərini sərt tənqid edib.
 

“Ukrayna nə müstəqil ölkədir ki, hər bir sahədə, əsas da iqtisadi və enerji sahəsində Rusiyadan birbaşa asılıdır. Əgər Rusiyanın təbii qazı olmasa, Ukrayna xalqı donar. Ukrayna bu formada Rusiyaya qələbə çalmaq istəyir? Petro Poroşenkonun çıxışları reallığı əks etdirmir. Ona tövsiyyə edirəm ki, danışarkən mütləq düşünsün”, - deyə Sergey Kalaşnikov bildirib.

Xəbər xətti