Çində yağan intensiv qar ölkədə həyatı iflic edib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Verilən məlumata görə, bu ilin yanvar ayının 3-dən 5-nə qədər intensiv qar və dolu yağıb.
Nəticədə 200 ev qarın altında qalıb. Bir çox ərazilərdə elektrik enerjisi kəsilib. Havaların şaxtalı olması səbəbindən 13 nəfər ölüb, 400-ə yaxın insan zərər görüb.
Bir çox xəstəxanalarda gücləndirilmiş iş rejiminə keçiblər. Havaların sərt keçməsi ölkə iqtisadiyyatına külli miqdarda zərər vurub.