Arvadını və iki uşağını güllələyərək intihar etdi

14:25 - 6 Yanvar 2018 - DÜNYA

ABŞ-da silahlı insident nəticəsində 4 nəfər ölüb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə yerli ABC telekanalı məlumat yayıb.

 

Məlumata əsasən, hadisə Los-Anceles dairəsinin Santa-Klarita şəhərində baş verib. İlkin ehtimala görə,atəşi ölənlərdən biri açıb. Kişi öz arvadını daha sonra 20 və 11 yaşlı uşaqlarını güllələyib. Sonda isə intihar edib.

 

Polis hadisənin başvermə səbəblərini araşdırır.

Xəbər xətti