2 sərnişin təyyarəsi toqquşub - Sərnişinlər təxliyyə olunub

13:29 - 6 Yanvar 2018 - DÜNYA

Kanadanın Toronto şəhərinin Lester Pirson adına hava limanında 2 sərnişin təyyarəsi toqquşub.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə hava limanının tvitter hesabında məlumat yayılıb.

 

Məlumata əsasən, insident 3-cü terminalda qeydə alınıb. “WestJet” və “Sunwing” aviakompaniyasına məxsus təyyərələr toqquşub. Hadisə zamanı “WestJet” təyyarəsində 168 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlər təxliyyə olunub, toqquşma nəticəsində xəsarət alan olmayıb. Toqquşma nəticəsində təyyarənin qanad və quyruq hissələri zədələnib.

 

“Sunwing” şirkətinə məxsus gəminin göyərtəsində isə toqquşmadan sonra yanğın başlayıb. Hadisə yerində yanğınsöndürənlər işləyir.

Xəbər xətti