İran hakimiyyəti nümayişçilərə qarşı güc tətbiqini minimuma endirməli və onların hüquqlarını təmin etməlidir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının həmməruzəçilərinin birgə bəyanatında deyilir.
Bəyanatı İranda insan haqları ilə bağlı vəziyyət üzrə xüsusi məruzəçi ÖƏsma Cahangir, fikir azadlığı hüququ üzrə xüsusi məruzəçi Devid Key, məhkəmədən kənar və kütləvi edamlar üzrə xüsusi məruzəçi Anes Kallamar və hüquq müdafiəçiləri ilə bağlı vəziyyət üzrə xüsusi nümayəndə Mişel Forst imzalayıblar.
Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kermanşah daxil olmaqla İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.