Alimlərdən qorxunc hesabat — Planetdə oksigen azalır

02:20 - 6 Yanvar 2018 - DÜNYA

Alimlər 1950-ci illərdən bəri sahil ərazilərindəki çox az oksigen səviyyəsinin 10 dəfə, sıfır oksigen səviyyəli ölü okean bölgələrinin ölçüsünün isə 4 dəfə artdığını bildiriblər.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, okeanlar 1950-ci illərdən bu yana 77 milard ton oksigen itirib.
 

Tədqiqat nəticələrinə əsasən, bir çox dəniz canlısı bu bölgələrdə yaşaya bilmir. Alimlər qeyd edirlər ki, bu bölgələr böyüdüyü üçün canlıların kütləvi məhvi baş verə bilər. Bunun nəticəsində isə dənizlər sayəsində yaşayan yüz milyonlarla insan təhlükə ilə üzləşə bilər.
 

Sahillərdəki ölü bölgələr dənizlərə qarışan kimyəvi artıqlar və kanalizasiya tullantılarına görə yaranır.

Okeanlar, xüsusən də kasıb ölkələrdə 500 milyondan çox insan üçün qida mənbəyi və 350 milyon insan üçün isə iş imkanıdır. 1950-ci illərdə 50-ə yaxın ölü bölgə sayı bu gün 500-dən çoxdur.

Xəbər xətti