İranda "Instagram" bərpa edildi

14:30 - 5 Yanvar 2018 - DÜNYA

İran hökuməti “Instagram” sosial şəbəkəsinin ölkə ərazisində işini bərpa edib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, “Telegram” messencerinə qoyulan qadağa isə hələ ki, davam edir.
 

Qeyd edək ki, İranda ötən il dekabrın sonu başlayan etiraz aksiyaları ilə əlaqədar bir sıra sosial şəbəkələr bağlanmışdı. Hökumət bu addımın müvəqqəti xarakter daşıdığını bildirmişdi.

Xəbər xətti