O, “Hababam Sinfi” filmində "Mahmud hoca" rolu ilə milyonların sevimlisinə çevrilmişdi
Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında İstanbuldakı evində vəfat edib. Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Münir Özkul uzun illərdir yataq xəstəsi idi. O 2003-cü ildən xroniki ağciyər və demansiya xəstəliyindən əziyyət çəkirdi.
O, “Hababam Sinfi” filmində "Mahmud hoca" rolu ilə milyonların sevimlisinə çevrilmişdi.
Qeyd edək ki, məşhur aktyor 15 avqust 1925-ci ildə İstanbulda dünyaya gəlib.