Çində güclü qar yağışları insan ölümünə səbəb olub.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, güclü qar yağışları səbəbindən ölkənin mərkəz və şərq rayonlarında on nəfər donaraq ölüb, 560 min insan isə hələ də fəlakət zonasındadır.
Ölkənin beş əyalətində 200-dən çox yerli sakin evakuasiya edilib, daha 100-ü isə yardım gözləyir. Bundan başqa, təbii fəlakət 200-dən çox tikilinin dağılmasına səbəb olub. Kənd təsərrüfatı da yağıntılardan güclü zərər çəkib. Hökumət iqtisadi zərərin 500 milyon yuan (təxminən 77 milyon dollar) olduğunu açıqlayıb.
Pekin hökuməti ikinci soyuq hava dalğası ilə bağlı xəbərdarlıq edib. Bəzi əyalətlərdə məktəblərdə tətil elan edilib.