Daşqınlar Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada 37 nəfərin ölümünə səbəb olub.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, daşqın yanvarın 3-4-ü baş verən güclü yağışlardan sonra qeydə alınıb.
Ölkənin sosial işlər üzrə naziri Dominik Veloli daşqınları şəhərin urbanizasiya problemi və drenaj xəndəklərin yoxluğu ilə əlaqələndirib.