Türkiyə prezidenti kiritik müqaviləni imzalayacaq

13:30 - 5 Yanvar 2018 - DÜNYA

Türkiyə prezidenti Fransaya səfərində kritik müqaviləyə imza atacaq.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, söhbət Fransa-İtaliya müştərək istehsalı olan "SAMP/T" hava hücumundan müdafiə sistemindən gedir.
 

Ərdoğan Fransa prezidenti Makronun dəvəti ilə Fransaya səfər edib. Səfər çərçivəsində hava hücumundan müdafiə sistemi istehsal edən "Eurosam" şirkəti ilə müqavilə imzalanacaq.
 

Üç ölkənin müdafiə nazirləri 2017-ci ilin 8 noyabr tarixində görüş keçirərək xoş niyyət müqaviləsi imzalayıb.
 

"SAMP/T" hava hücumundan müdafiə sistemi təyyarə, helikopter, PUA, raket və 600 km mənzilə sahib ballistik raketlərə qarşıdır.

Xəbər xətti