Qar təyyarələri uçmağa qoymadı - Reyslər təxirə salındı

12:37 - 5 Yanvar 2018 - DÜNYA

Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarında 30-a yaxın reys ləngiyir.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, buna Moskvada güclü qar yağması və hava limanlarında uçuş-eniş zolaqlarının buz bağlaması səbəb olub.
 

Qeyd olunur ki, Domodedovoda 10, Şeremetyevoda 15, Vnukovoda 5 reys ləngidilib.
 

Bundan başqa, Domodedovoda daha 9 reys təxirə salınıb.

Xəbər xətti