İranda etirazlar yenidən başladı, Xamenei əleyhinə şüarlar səsləndi

12:28 - 5 Yanvar 2018 - DÜNYA

İran hökuməti ölkədə nümayişlərin başa çatdığını elan etsə də, ötən gecə paytaxt Tehran və digər şəhərlərdə rejim əleyhdarları yenidən küçələrə axışıblar.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, müxaliflər ölkənin ali dini lideri Xameneinin əleyhinə şüarlar səsləndiriblər. 
 

Bəzi şəhərlərdə polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Ölənlərin olduğu bildirilir. 
 

Xatırladaq ki, dekabrın 28-dən davam edən nümayişlərdə azı 21 nəfər ölüb. İndiyə qədər 1000-dən çox insan saxlanılıb. 
 

Nümayişləri dəstəkləyən ABŞ isə bu gün BMT-nin Təhlükəsizlik Şurasını təcili toplayıb. 

Xəbər xətti