Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri başlayıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, səfər Fransanın dövlət başçısı Emmanuel Makronun dəvəti ilə həyata keçirilir.
Səfərdə R.T.Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, müdafiə naziri Nurettin Canikli, enerji və təbii hetiyatlar naziri Berat Albayrak, "Türk Hava Yolları" İdarə Heyətinin və İcra Komitəsinin sədir İlkər Aycı müşaiyət edir.
Səfər çərçivəsində iki ölkə prezdentlərinin təkbətək görüşü nəzərdə tutulub. Dövlət başçılarının rəsmi Ankaranın Avropa İnsan Haqları Müqaviləsinə əməl etməsini, bu ölkədə söz, mətbuat azadlığının, siyasi haqların qorunmasını, habelə Türkiyənin Avropa dəyərlərinə əməl etməsi məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron iki ölkə arasındakı münasibətlərin inkişafını, bölgədəki və dünyadakı aktual məsələləri, mühacir problemini də müzakirə edəcəklər.