Berdiməhəmmədovun ağ rəngə olan sevgisi - Yeni qadağaya səbəb oldu

23:40 - 5 Yanvar 2018 - DÜNYA

Türkmənistanda qara rəngli avtomobillərə qadağa qoyulub.
 

"Ucnoqta.az" Azərtac-a istinadən xəbər verir ki, bu qərar ölkə prezident Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.
 

Qeyd edək ki, Türkmənistanda 2015-ci ildə qara rəngli avtomobillərin ölkəyə idxalına qadağa qoyulmuş, rəsmi şəxslərə ağ rəngli avtomobillərdən istifadə etmək təlimatı verilmişdi.
 

2018-ci ildən etibarən əhali də qara avtomobildən istifadə etməyəcək. Maşını qara rəngdə olan insanlar isə onu başqa rəngə boyayacaqlar. Avtomobilin rənglənməsi 1000-3000 dollara başa gəlir.

Xəbər xətti