Trampdan növbəti qadağa - Ağ Evdə mobil telefon işlədilməyəcək

23:15 - 5 Yanvar 2018 - DÜNYA

Ağ Evin əməkdaşlarına iş vaxtı şəxsi mobil qurğulardan istifadə etmək qadağan olunur.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin iqamətgahının rəsmi nümayəndəsi Sara Sanders bildirib.
 

Onun sözlərinə görə, Ağ Evdə texnoloji sistemin təhlükəsizliyi və bütövlüyü Donald Tramp administrasiyasının əsas prioritetidir: “Bu səbəbdən gələn həftədən etibarən həm əməkdaşlar, həm də qonaqlar tərəfindən fərdi cihazlardan istifadə qadağan ediləcək”.
 

S. Sanders bəyan edib ki, administrasiyanın əməkdaşları öz fəaliyyətlərini hökumət tərəfindən verilən mobil qurğular vasitəsi ilə həyata keçirəcəklər.
 

Nəşr qeyd edir ki, bu qadağanın gündəmə gəlməyini Ağ Evin qərargah rəisi Con Kelli təklif edib.

Xəbər xətti