Türkiyənin təhlükəsizlik xidməti Bingöl əyalətində İŞİD-ə qarşı əməliyyatları davam etdirir.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, Milli Kəşfiyyat Təşkilatının (MIT) əməkdaşlarının iştirakı ilə iyulun 24-dən dekabrın 28-dək keçirilən əməliyyatlar zamanı İŞİD-lə əlaqədə şübhəli bilinən 26 nəfər saxlanılıb.
Bundan əlavə partlayıcı qurğular, onların hazırlanması üçün maddələr və odlu silah aşkarlanaraq götürülüb.