Küçədə tapılan meyit kimə məxsusdur?

10:47 - 5 Yanvar 2018 - Xəbər

Dünən paytaxtda tapılan naməlum kişi meyitinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Daxili İşlər Nazirliyi ictimaiyyətə müraciət etmişdi.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, artıq həmin şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyli küçəsindəki yaşayış binalarının həyətində tapılan meyit 1974-cü ildə Rusiya Federasiyasının Sverdlovs vilayətində anadan olan Pavelin Dmitriy Vladimiroviçdir. O, uzun müddətdir Bakıda tüfeyli həyat tərzi keçirir.

Xəbər xətti