Qalib Rəhimovun oğlunun məhkəməsi başlayır

10:39 - 5 Yanvar 2018 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğlu, ölümlə nəticələnən qəzası törətməkdə təqsirləndirilən Arif Rəhimovun məhkəməsi başlayır.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş hakim Cavid Hüseynovun icraatındadır və bu gün ilkin hazırlıq iclası keçiriləcək.
 

Qeyd edək ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
 

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.

Xəbər xətti