Səhiyyə Nazirliyinin strukturu dəyişib

10:26 - 5 Yanvar 2018 - Xəbər

Səhiyyə Nazirliyinin strukturu dəyişib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası  Səhiyyə  Nazirliyinin strukturuna daxil  olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.
 
Dəyişikliyə əsasən, publik hüquqi şəxslər Səhiyyə  Nazirliyinin  strukturuna daxil  olmayan tabeliyindəki qurumların siyahısında yer alacaq. Publik hüquqi şəxs qismində Bakı Sağlamlıq Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. 

Xəbər xətti