ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, ABŞ İranın 5 təşkilat və 3 fiziki şəxsə qarşı iqtisadi sanksiya qəbul edib.
“Sanksiyalar tətbiq edilən şirkətlər terror təşkilatları ilə əlaqəlidirlər. Bu şirkətlər “Shahid Eslami”, “Shahid Kharrazi Industries”, “Shahid Moghaddam Industries”, “Shahid Sanikhani Industries” və “Shahid Shustari Industries” şirkətləridir”, - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, bundan əvvəl ABŞ İran rəhbərliyinin kütləvi etirazlarda iştirak edənlərə qarşı addımlarına görə, bu ölkə əleyhinə sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirməsi barədə bəyanat verib.