ABŞ Pakistana maliyyə yardımını dayandırdı — Hezer Nauert

10:19 - 5 Yanvar 2018 - DÜNYA

ABŞ Pakistana maliyyə yardımını dayandırıb.

"Ucnoqta.az" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert deyib. Onun sözlərinə görə, bu addım Pakistanın terrorçuları dəstəkləməsinə cavab olaraq atılıb.
 

“Biz bu gün Pakistana maliyyə yardımını dayandırmaq qərarına gəldik. Bunu istəməsək də, bu addımı atmağa məcbur idik. İndi Pakistan hökuməti qərar verməlidir ki, terrorçuları dəstəkləyəcək, yaxud bizimlə terrorla mübarizədə birgə çalışacaq”, - deyə Hezer Nauert bildirib.
 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Pakistana maliyyə yardımının dayandırılacağı barədə xəbərdarlıq etmişdi.
 

“ABŞ bundan sonra Pakistana maliyyə yardımı etməyəcək. Çünki onlar Əfqanıstandan olan terrorçulara yardım edirlər.  Fikirləşiblər ki, bizim liderlər axmaqdırlar. Əfqanıstanda axtardığımız terrorçulara onlar sığınacaq verir. Bəsdir!”, - deyə D.Tramp bildirib.
 

Xatırladaq ki, ABŞ hər il Pakistana 255 milyon maliyyə yardımı edirdi.











 

//Ölkə.Az//

Xəbər xətti