Türkiyədən İsrailə sərt reaksiya

19:25 - 5 Yanvar 2018 - DÜNYA

Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin Fələstinə dair qəbul etdiyi qanun layihəsinə sərt reaksiya verib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, sənəd bəzi Fələstin məhəllələrin İsrailin idarəçiliyi altına alınmasını mümkün edir.
 

XİN-dən edilən açıqlamada bildirilir ki, İsrail parlamentinin qəbul etdiyi qərar sülh prosesinə və bölgədə sabitliyə zərər vuran bir addımdır.
 

Açıqlamada həmçinin İsrail dövləti tərəfindən atılan bu cür addımların BMT Baş Məclisində qəbul edilən Qüdsün tarixi və hüquqi statusunun dəyişdirilməsinin qəbuledilməz olduğuna dair qətnaməyə zidd olduğu qeyd edilir.

“İsrailin bu cür addımlarını təhlükəli hesab edir və rədd edirik",- deyə bəyanatda vurğulanır.

Xəbər xətti