Amerikanın şimal şərqində hava çox sərt keçir.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, ölkə qar və fırtınaya qərq olub. 2018-ci ilin ilk günündən başlayaraq, qar fırtınası bütün ölkəni ağuşuna alıb. Nəticədə həyat tamam iflic olub.
Təbii hadisə nəticəsində məktəblər, təhsil müəssisələri və iş yerləri bağlanıb. Nyu Yorkda şiddətli qar yağması nəticəsində insanlar evlərdən çölə çıxa bilməyiblər. Güclü külək ağacları kökündən qopardıb, evlərin damını dağıdıb. Bir çox ərazilərdə elektrik enerjisi kəsilib. Əhaliyə verilən içməli su donub.
Bir çox ərazilərdə qarın hündürlüyü 30-50 sm.-ə çatıb. Nəticədə yollar buz bağlayıb. Avtomobillərin hərəkəti iflic olub. Təyyarə uçuşları ləğv edilib.
Havanın əlverişsiz olması ilə əlaqədar hökumət əhaliyə ehtiyatlı olmağı və lazım olmadıqda küçəyə çıxmamağı tövsiyyə edib.