Qəza Nəsimi rayonunu qazsız qoydu

16:55 - 4 Yanvar 2018 - Xəbər

Bakının Nəsimi rayonu ərazisində təbii qazın verilişində problem yaranıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, buna avtoqəza səbəb olub. 
 

Məlumata görə, avtomobil qaz borusuna çırpılıb. Nəticədə Mir Cəlal küçəsi və 20 Yanvar küçəsində yerləşən bir çox binalarda qazın verilişi dayandırılıb.
 

Nəsimi Rayon Qaz İstismar Sahəsindən bildirilib ki, hazırda qaynaq işləri aparılır, təmir bitdikdən sonra qazın verilişı bərpa ediləcək.

Xəbər xətti