Türkiyədə yeni qadağa - 3 mərtəbədən yüksək binalarla bağlı

15:02 - 4 Yanvar 2018 - DÜNYA

Türkiyənin şimal-qərbindəki Düzce vilayətində 3 mərtəbədən yüksək binaların tikilməsi qadağan edilib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamında deyilir.
 

Qeyd olunur ki, bu qərar Düzcenin seysmik zonada yerləşməsi ilə əlaqədar verilib.
 

Xatırladaq ki, bir müddət əvvəl R.T.Ərdoğan bütün Türkiyə ərazisində, xüsusilə də Ankara və İstanbul kimi böyük şəhərlərdə yüksəkmərtəbəli binaların tikintisinə məhdudiyyət qoyulacağını bildirmişdi.

Xəbər xətti