ABŞ Prezidenti Donald Trampın qeyri-adi saç düzümü saç tökülməsinə qarşı mübarizə apararkən yaranıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu amerikalı jurnalist Maykl Vulf prezidentin qızı İvanka Trampa istinadən öz kitabında yazıb.
Yazıçı həmçinin D.Trampın saçının qeyri-adi rənginə də toxunub. Qeyd olunub ki, ABŞ prezidentinin saçı keyfiiyyətsiz vasitə ilə rəngləndiyi üçün, eləcə də D.Trampın hövsələsizliyi ucbatından bu rəngə çalır. Belə ki, sac boyasını müəyyən olunmuş müddətdən az saxladığı üçün saçları açıq rəngli alınır.