Tanınmış iş adamının məhkəməsi təxirə salındı

13:55 - 4 Yanvar 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış iş adamı Müqayis Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


"Ucnoqta.az"-ın məlumatına görə, Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
 

Buna görə hazırlıq iclası yanvarın 12-dək təxirə salınıb. 
 

Qeyd edək ki, M. Verdiyevə qarşı  Cinayət Məcəlləsinin 222.2 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda), 162.1. (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) və 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.
 

Xatırladaq ki, Müqayis Verdiyev tikinti biznesi ilə məşğuldur. Məlumata görə, o, 1998-ci ildə mənimsəmə və israf etmə maddəsi ilə 4 il, 2002-ci ildə dələduzluq maddəsi üzrə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək həbs edilib. 2015 -ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

















 

//Ölkə.Az//

Xəbər xətti